Futbol üzrə Polşa kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin komandası “Legiya” da ölkə kubokunda növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Svit Skolvin”lə üz-üzə gəlib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib.

Mahir də bu görüşün iştirakçısı olub. Azərbaycan millisinin üzvü görüşə start heyətdə başlayıb və 90+1-ci dəqiqədə əvəzlənib.

35-ci dəqiqədə məhz Mahirin başla zərbəsindən sonra qapıçı topu qaytarıb, onun komanda yoldaşı Lindsey Roz isə təkrar zərbə ilə komandasının qələbə qolunu vurub. Azərbaycanlı futbolçu 50-ci dəqiqədə sarı vərəqə də alıb.