Mahirsiz “Legiya” Krivotsyukun komandasına qalib gəldi
- 25 İyl 2021 12:21
- 549
Futbol üzrə Polşa çempionatında 1-ci turun oyunları keçirilib. Rekord.az xəbər verir ki, mövsümün açılış turunda iki azərbaycanlı futbolçunun komandaları üz-üzə gəlib.
Belə ki, Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda Anton Krivotsyuklu “Visla” (Plok) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Krivotsyuk isə Polşa çempionatındakı ilk rəsmi matçında 90 dəqiqə meydanda olub.