"Səbail"in futbolçusu Adil Nağıyev əvəzedici heyətə göndərilib.

Rekord.az sportal.az-a istinadla xəbər verir ki, Mahmud Qurbanov ötən mövsüm bəzi oyunlarda kapitan sarğısı da daşımış futbolçunun performansından narazıdı.

Bayıl təmsilçisinin heyətində Gürcüstandakı təlim-məşq toplanışında da iştirak etmiş Nağıyev baş məşqçinin etimadını qazana bilməyib.

Bakıya qayıtdıqdan sonra isə Mahmud Qurbanov Adilin əvəzedici heyətdə məşq etməli olduğu göstərişini verib. Onun komandada qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək.