Mahmud Qurbanovu baş məşqçi postuna gətirən "Səbail" transfer çalışmalarını da davam etdirir.

Rekord.az xəbər verir ki, "dənizçilər"in növbəti hədəfi "Neftçi"dən Xəyal Nəcəfovdur.

Bayıl təmsilçisi "ağ qaralar"da daha çox ehtiyatda qalmaqla yadda qalan futbolçunu icarəyə götürmək istəyir. Mahmud Qurbanov şəxsən bu keçiddə maraqlıdır. 

Qeyd edək ki, "Turan Tovuz" və "Sumqayıt" da Xəyalı icarəyə götürmək istəyir.