Sosial şəbəkələrdə 1995-ci ildə keçirilən Avro-1996-nın Fransa - Azərbaycan seçmə oyunundan (10:0) maraqlı video yayılıb.

Rekord.az xəbər verir ki, görüntülərdə millimizin o vaxtkı üzvləri Mahmud Qurbanov, Yunis Hüseynov, Fransadan isə Zinəddin Zidan və Bişente Lizarazyu yer alıb.

Zidanla top uğrunda mübarizə zamanı M.Qurbanovun texniki fənni və sonadək əzmkar mübarizəsi diqqət çəkir.