Mahmud Qurbanova 5 oyunluq cəza
- 04 Dek 2019 15:20
- 734
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Birinci Divizionun 12-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – MOİK matçında “Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunub.
“Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Səbail” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
Birinci divizionun 12-ci turunun “Neftçi-2” – “Kəpəz” matçının 32-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 33-cü dəqiqəsində “Neftçi-2” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
“Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunub.