![photo](https://www.rekord.az/storage/uploads/5/mahrez-4.jpg)
Mahrez "Mançester Siti"ni ərəb klubuna dəyişdi
- 28 İyl 2023 17:45
- 332
Əlcəzair millisinin futbolçusu Riyad Mahrez "Mançester Siti"dən ayrılıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasına keçib.
Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon avroya başa gəlib.
Mahrez "Mançester Siti"yə 2018-ci ildə "Lester Siti"dən keçmişdi. O, bu komandada 236 oyuna 78 qol vurub.