Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Panevejis” Litvada “Makkabi” (Təl-Əviv, İsrail), “Petrokub” isə Moldovada TNS-lə (Uels) üz-üzə gəlib. Qarşılaşmalardan biri meydan sahiblərinin, digəri qonaqların qələbəsiylə yekunlaşıb.

Qalan oyunlar avqustun 8-də keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

“Panevejis” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail) 1:2

“Petrokub” (Moldova) - TNS (Uels) 1:0