Makron xeyriyyə matçında forma geyindi və qol vurdu
- 15 Okt 2021 15:00
- 552
Fransa prezidenti Emmanuel Makron xeyriyyə oyununda iştirak edib.
Rekord.az xəbər verir ki, 43 yaşlı dövlət başçısı yarımmüdafiəçi kimi oynayıb və penaltidən qol vurub.
Makronun komandası Poissy Xəstəxanasının heyəti ilə qarşılaşıb və 6:1 hesablı qələbə qazanıb. Fransa prezidentinin komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular da yer alıb.
Matçdan toplanan vəsait Paris Xəstəxanalar Vəqfinə yönəldiləcək.