“Qarabağ”ın kapitanı Maksim Medvedev Kiprdə AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, İsrail "Aşdod"u ilə II raundun ilk matçında qırmızı vərəqə alan 32 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiya olunub.

UEFA-nın oyun üçün hazırladığı protokolda da təcrübəli futbolçunun cəzalı olduğu göstərilib.

Qeyd edək ki, avqustun 5-də keçiriləcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ağdam təmsilçisinin heyətində Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov da zədə səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcək.