Maksim Medvedev niyə milliyə çağırılmamasını istəyib?
- 15 Mar 2021 18:00
- 929
Milli komandamızın kapitanı Maksim Medvedevin yığmamızın toplanışında iştirak etmək istəməməsinin səbəbi bəlli olub.
Rekord.az haqqın.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu millinin baş məşqçisi De Byazidən övladının xəstə olduğu üçün ona dəvət göndərməməsini xahiş edib. İtaliyalı mütəxəssis isə onun xahişini yerinə yetirib.
Xatırladaq ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində martın 24-də Portuqaliyanın qonağı olacaq. 3 gün sonra səfərdə Qətərlə qarşılaşacaq yığmamız, martın 30-da Serbiyanı qəbul edəcək.