İtaliyanın “Milan” klubunun texniki direktoru Paolo Maldini əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə “Football İtalia” portalı məlumat yayıb.

Maldini böyrək daşlarının çıxarılması üçün əməliyyat edilib. Əməliyyat yaxşı keçib və hazırda Maldininin durumunun normal olduğu bildirilir.

Maldini əməliyyat səbəbindən “Milan”ın iyunun 10-da olan məşqini və klub rəhbərliyinin iclasını buraxmalı olub.

Paolo Maldini bir müddət əvvəl koronavirusa yoluxmuş və bu xəstəliyə qalib gəlmişdi.