Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Rekord.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.

Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kq) də rinqə çıxacaq.