Malili mərkəz müdafiəçisi Mussa Kulibali karyerasını Azərbaycanda davam etdirə bilər.

Rekord.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, Mussa “Neftçi”nin maraq dairəsinə düşüb.

Son olaraq “Fulad”da çıxış edən 28 yaşlı oyunçunun İran klubu ilə müqavilə müddəti başa çatıb.

Heyətində cəmi 4 müdafiəçi qalan “Neftçi” bu mövqeyə daha iki nəfəri cəlb etməyi planlaşdırır ki, Kulibali də variantlardan biridir. Futbolçu azad agent statusu daşıdığından, Azərbaycan çempionu ilə anlaşacağı təqdirdə, keçid pulsuz başa gələcək.

Karyerası ərzində yalnız Mali və İran klublarında çıxış edən Mussa Kulibali ölkəsinin U-20 yığmasında 3 oyun keçirib.