Maliyyə menecerləri üçün seminar keçirildi
- 25 Apr 2024 19:20
- 169
Bu gün AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
Rekord.az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2023-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.