Braziliya klubu "Fluminense”nin hücumçusu Kayka karyerasını İngiltərədə davam etdirəcək.

Rekord.az xəbər verir ki, "Mançester Siti” 17 yaşlı forvardın transferini rəsmiləşdirməyə hazırlaşır. 

Klublar arasında danışıqlar müsbət yekunlaşıb. Razılığa əsasən, "şəhərlilər” bu keçid müqabilində qarşı tərəfə 10 milyon avro ödəyəcək. Həmçinin futbolçunun performansına görə, Braziliya klubu daha 7 milyon avro bonus əldə edə bilər.

Hazırda sənədləşmə işlərinin tamamlanması prosesi gedir. Ancaq Kayka 2022-ci ildə "Mançester Siti”nin gənclər komandasına qoşulacaq.