İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, “şəhərlilər” “Benfika”dan Ruben Diaşı heyətinə qatıb.

Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. “Mançester Siti” 23 yaşlı müdafiəçi üçün 68 milyon avro ödəyəcək.

“Benfika” isə MS-dən 15 milyon avro qarşılığında Nikolas Otamendini transfer edib.