“Mançester Siti” dünya çempionu oldu
- 23 Dek 2023 00:06
- 248
İngiltərə çempionu “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıblar. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub - 4:0.
Yaponiyanın “Urava Red Daymonds” klubunu 4:2 hesabı ilə üstələyən Misir təmsilçisi “Əl-Əhli” isə turnirdə üçüncü yeri tutub.