Barselona” “Mançester Siti”nin futbolçuları Joao Kanselu və Bernardo Silvanı heyətinə qatmaqda israrlıdır.

Rekord.az xəbər verir ki, Kataloniya klubu bu oyunçuları heyətinə qatmaq üçün daha əlverişli yollar axtarır.

“Barselona” “şəhərlilər”ə Kanselo və Silvanın əvəzinə futbolçuları Serji Roberto və Usman Dembeleni təklif etməyi planlaşdırır.

1 həftə əvvəl isə La Liqa klubunun prezidenti Joan Laporta “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə görüşərək oyunçuların gələcəyini müzakirə ediblər.

“Barselona” hazırda müqavilələri 2022-ci ildə başa çatacaq Dembele və Robertonun “Mançester Siti”yə keçməyə razılaşıb-razılaşmayacağından əmin olmaq istəyir.

Qvardiola özü Serji Robertonun xidmətindən maraqlıdır. Lakin, “Barselona” Dembeleni razı salmağın asan olmayacağını düşünür.

Kanselo və Silvanın “Mançester Siti” ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.