"Mançester Siti" ilə yeni müqavilə imzalayır
- 10 Okt 2020 13:48
- 557
"Mançester Siti" Kevin de Brüyne ilə yeni müqavilə imzalamağa yaxındır.
Rekord.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi isə müqaviləsini 2025-ci ilin yayına qədər uzatmağa hazırdır.
Bildirilib ki, yeni müqaviləyə əsasən, 29 yaşlı oyunçu maaş və mükafatlar daxil olmaqla həftədə 300 min funt sterlinqdən çox qazanacaq.
De Brüynenin "Mançester Siti" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.