UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna start verilib.

Rekord.az xəbər verir ki, maraqlı görüşlərdən biri İngiltərədə "Arsenal" və PSJ arasında keçirilib.

Fransa nəhəngi səfərdə Premyer Liqa təmsilçisinə məğlub olub.

İtaliyanın "Milan" komandası da səfərdə "Bayer"ə uduzub. 

"Barselona" doğma meydanda "Yanq Boyz"u, “İnter” evdə “Srvena Zvezda”nı, “Mançester Siti” isə səfərdə “Slovan”ı böyük hesabla məğlub edib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi

1 oktyabr

Zalsburq (Avstriya) - Brest (Fransa) 0:4
Qollar: Sima, 24; 70. M.Kamara, 66. Laqe, 75.

Ştutqart (Almaniya) - Sparta (Praqa, Çexiya) 1:1
Qollar: Millo, 7 – Kayrinen, 32.

Arsenal (İngiltərə) - PSJ (Fransa) 2:0
Qollar: Haverts, 20. Saka, 35.

Barselona (İspaniya) - Yanq Boyz (İsveçrə) 5:0
Qollar: Levandovski, 8; 51. Rafinya, 37. İ.Martines, 37. M.Kamara, 81-öz qapısına.

Bayer (Almaniya) - Milan (İtaliya) 1:0
Qol: Bonifase, 51.

İnter (İtaliya) - Srvena Zvezda (Serbiya) 4:0
Qollar: H.Çalhanoğlu, 11. Arnautoviç, 59. L.Martines, 71. Taremi, 81.

Borussiya (Dortmund, Almaniya) - Seltik (Şotlandiya) 7:1
Qollar: E.Can, 7-pen. Adeyemi, 11; 29; 42. Girassi, 40-pen; 66. Nmeça, 79 – Maeda, 9. 

PSV (Niderland) - Sportinq (Portuqaliya) 1:1
Qollar: Sxouten, 15 – Braqansa, 84.

Slovan (Slovakiya) - Mançester Siti (İngiltərə) 0:4
Qollar: İ.Gündoğan, 8. Foden, 15. Haland, 58. Makate, 74.