“Mançester Siti” ispan futbolçu ilə gücləndi
- 21:20
- 33
"Mançester Siti" növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu "Portu"dan Niko Qonsalesi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. "Şəhərlilər" bu transfer üçün 60 milyon avro ödəyiblər.
Qonsales bu mövsüm "Portu"nun heyətində 19 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.