"Mançester Siti"nin futbolçusu Şi Çarlzı satıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı müdafiəçi "Sauthempton"a keçib. İngiltərəli futbolçu Çempionşip təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. "Şəhərlilər" bu transferdən 15 milyon funt-sterlinq əldə edib.

Xatırladaq ki, Çarlz ötən mövsüm "Mançester Siti" ilə cəmi 1 oyuna çıxıb. "Manneçster Siti"nin yetirməsi olan Çarlz 7 yaşında klubun akademiyasına qoşulub.