“Mançester Siti” onu əsas komandadan kənarlaşdırdı - cinsi təcavüzə görə
- 27 Avq 2021 11:41
- 687
İngiltərənin “Mançester Siti” klubu sol cinah müdafiəçisi Benjamin Mendini komandadan kənarlaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Buna fransız futbolçunun 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunması səbəb olub. Xəbərdə futbolçunun bu ittihamlar üzrə istintaqı yekunlaşana kimi, əsas heyətdən kənarlaşdırıldığı diqqətə çatdırılıb.
Fransa yığmasının üzvünün bu cinayətləri 2020 oktyabr - 2021 avqust aralığında həyata keçirdiyi bildirilir. “Mançester Siti” futbolçu ilə bağlı yeni qərarın araşdırmanın yekun nəticəsindən asılı olaraq qəbul olunacağını açıqlayıb.
Qeyd edək ki, Mendi 2017-ci ildən “Mançester Siti”də çıxış edir.