![photo](https://www.rekord.az/storage/uploads/5/ceyms-trafford.jpeg)
“Mançester Siti” qapıçısını satdı
- 22 İyl 2023 14:20
- 313
“Börnli” heyətini 2 yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Premyer Liqa klubu son çempion "Mançester Siti"nin qapıçısı Ceyms Traffordu heyətinə qatıb.
İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin qolkiperi ilə 4 illik müqavilə imzalanıb. "Bernli" gənc qapıçı üçün 17,3 milyon avro ödəyəcək.
2022/2023 mövsümündə Trafford "Bolton"da icarə əsasında çıxış edib.
“Börnli” bu yay “Beşiktaş”dan azad agent kimi ayrılmış Natan Redmondu da heyətinə qatıb. 29 yaşlı sağ cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb. O, ötən mövsüm “Beşiktaş”da 28 oyuna 6 qol və 6 məhsuldar ötürmə müəllifi olub.