![photo](https://www.rekord.az/storage/uploads/4/siti-10.jpg)
"Mançester Siti" stadionunu kiçildir
- 19 Mar 2021 11:21
- 614
“Mançester Siti” rəhbərliyi “Etihad” stadionunda dəyişiklik etməyi planlaşdırır.
Rekord.az xəbər verir ki, arenanın azarkeş tutumu azaldılacaq.
İlkin məlumata görə, stadionda 1100 oturacaq ixtisar ediləcək.
Klub rəhbərliyi bunu reklam lövhələrinə görə edir. Arenanın aşağı hissəsindəki oturacaqlar götürüləcək, onların yerində isə reklam şitləri yerləşdiriləcək.
Oturacaqların ixtisarından sonra arenanın azarkeş tutumu 54 min olacaq.