Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Mançester Siti” Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Komandalar arasındakı ilk oyunda İngiltərə təmsilçisi 2:0 hesablı qələbə qazanmışdı. Elə cavab görüşündə də eyni hesabla üstün olan mançesterlilər 1/4 finala yüksəliblər.

Günün digər matçında Madrid “Real”ı “Atalanta”nı qəbul edib. Berqamoda keçirilən ilk oyunda ispanlar 1:0 hesablı qələbə qazanmışdı. Cavab matçında daha inamlı çıxış edən İspaniya nəhəngi sürprizə imkan verməyib və növbəti mərhələyə vəsiqəni təmin edib.

1/8 final mərhələsinin daha iki cavab oyunu sabah keçiriləcək. Almaniyanın “Borussiya” (Dortmund), Portuqaliyanın “Portu”, İngiltərənin “Liverpul” və Fransanın PSJ klubları 1/4 finala vəsiqəni əvvəlki həftələrdə təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

16 mart

Mançester Siti (İngiltərə) – Borussiya (Mönhenqladbax, Almaniya) 2:0
Qol: De Breyne, 12. İ.Gündoğan, 18.
İlk oyun – 2:0.

Real (İspaniya) – Atalanta (İtaliya) 3:1
Qol: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 – Muriel, 83.
İlk oyun – 1:0.