"Mançester Siti" Benfika"nın mərkəz müdafiəçisi Ruben Diaşı transfer edib.

Rekord.az xəbər verir ki, "şəhərlilər" bu keçid üçün 65 milyon avro təzminat ödəyib.

23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mançester təmsilçisi müdafiəçisi Nikolas Otamendini də Lissabon təmsilçisinə verib. Argentinalı futbolçu ilə 4 illik müqavilə bağlanıb.