“Mançester Siti” çərşənbə günü Çempionlar Liqasında Münhenqladbax “Borussiya”sı ilə qarşılaşdı.

Şənbə günü isə Premyer Liqada “Vest Hem”lə oyuna çıxdı.

Rekord.az xəbər verir ki, sıx qrafiki nəzərə alan Xosep Qvardiola rotasiyaya əl atmalı olub. O, “Vest Hem”lə qarşılaşmada Rodri, Jesus, Laport və daha 6 futbolçunu ehtiyatda saxlayıb.

Nəticədə “Siti”nin ehtiyat skamyası olduqca bahalaşıb. Ehtiyatda qalan futbolçuların qiyməti 400 milyon funt olub.

“Siti” ehtiyat heyətlə də “Vest Hem”in öhdəsindən gəlməyi bacarıb – 2:1.