"Mançester Siti"də bundan sonra penaltiləri komandanın qapıçısı Ederson yerinə yetirə bilər.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul"u 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

Sözügedən görüşün 37-ci dəqiqəsində komandanın futbolçusu İlkay Gündoğan penaltini düzgün yerinə yetirə bilməyib.

Qvardiola son vaxtlar penaltidən yararlana bilməməklərindən şikayətlənib: "Zərbəni kimin vurması önəmli deyil. Bu, bizim üçün problemdir. Vacib məqamlarda penaltini qaçırmamalıyıq. Ederson haqqında düşünəcəyəm. 6 ay öncə bunu deyəndə zarafat etmişdim. İndi isə vəziyyət yarızarafat, yarıciddidir. Növbəti dəfə penaltini o, vura bilər".