photo

“Mançester Siti”də cdiddi itki

  • 2019-10-23 12:40
  • 38

İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Aleksandr Zinçenko zədələnib.

O, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Atalanta” ilə ev oyununu da bu səbəbdən buraxmalı olub.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 22 yaşlı futbolçu tezliklə ətraflı tibbi müayinədən keçəcək. Onun bərpa müddəti məhz bu yoxlanışdan sonra bilinəcək.

Zinçenko cari mövsümdə bütün turnirlər çərçivəsində 9 oyuna çıxıb.

Son xəbərlər