“Mançester Siti”də ciddi itki – 4-6 həftə olmayacaq
- 22 Okt 2020 19:20
- 611
İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Fernandinyo zədələnib.
35 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Portu” ilə matçında (3:1) sıradan çıxıb. Maraqlıdır ki, o, bu matçın 85-ci dəqiqəsində meydana buraxılıb və qısa müddət ərzində zədələndiyi üçün 90+4-də əvəzlənib.
Fernandinyonun ən azı 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.