İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Aleksandr Zinçenko sıradan çıxıb.

Tibbi müayinədən keçən ukraynalı futbolçuda əzələ zədəsi aşkarlanıb. Həkimlər onun 3 həftə futboldan uzaq qalacağını açıqlayıb.

Bu isə Zinkenkonun yoldaşlıq görüşündə Fransa (7 oktyabr), həmçinin Millətlər Liqasında Almaniya (10 oktyabr) və İspaniyaya (13 oktyabr) qarşı görüşlərdə Ukrayna yığmasına kömək etməyəcəyi anlamına gəlir.