"Çelsi"nin yeni transferi Rahim Sterlinq "Mançester Siti"dən ayrılmasının əsas səbəbi haqda danışıb. 

Rekord.az xəbər verir ki, ingilis hücumçu bu yay Mançester təmsilçini tərk edərək 55 milyon avroya London klubuna transfer olunub.

Sterlinq "Çelsi"də keçidi ilə bağlı  mətbuat konfransında deyib: “Mən hiss etdim ki, klubda oynadığım vaxt getdikcə qısalır. Mən “Mançester Siti”də daha çox vaxt keçirə bilməzdim. Döyüşməyə və vəziyyəti dəyişməyə çalışdım, amma heç nə alınmadı. Ona görə də indi buradayam. Mənə sabitlik lazım idi”.

Qeyd edək ki, Sterlinq 2015-ci ildən "Mançester Siti"də oynayırdı.