İngiltərənin “Mançester Siti” klubunda koronavirusa yoluxan futbolçuların sayı məlum olub.

Rekord.az “The Athletic”ə istinadən xəbər verir ki, “şəhərlilər”in daha üç futbolçusunda koronavirus aşkarlanıb. Bununla da, komandada virusa yoluxanların sayı 7-yə yüksəlib.

“Mançester Siti”də daha əvvəl Qabriel Jesus və Kayl Uolkerin koronavirusa yoluxduğu açıqlanmışdı.

Koronavirusa yoluxanların sayının çox olması səbəbiylə komandanın Premyer Liqanın 16-cı turu çərçivəsində dünən “Everton”la keçirməli olduğu oyun təxirə salınıb.