![photo](https://www.rekord.az/storage/uploads/5/natan-ake-1.jpg)
“Mançester Siti”də yeni müqavilə
- 29 İyl 2023 13:30
- 333
İngiltərənin "Mançester Siti" klubu müdafiəçisi Natan Ake ilə müqavilənin müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.
Ake "Mançester Siti"yə 2020-ci ilin yayında İngiltərənin "Bornmut" klubundan keçib. O, bu komandada 81 oyuna çıxıb, 7 qol vurub.