İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ştefan Orteqa ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, oyunçu 2022-ci ildə komandaya keçib. O, ötən mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub.