“Mançester Siti” “İnter”in hücumçusu Romelu Lukaku ilə maraqlanır.

Rekord.az xəbər verir ki, “Siti” hücumçuya görə 78,5 milyon avro ödəməyə hazırdır.

Ancaq “İnter”i bu rəqəm qane etmir. İtaliya nəhəngi belçikalı futbolçu üçün 105 milyon tələb edir.

“İnter” Lukakunu 209-cu ildə “Siti”nin əzəli rəqibi “Mançester Yunayted”dən 7 4 milyon avroya transfer edib.

Lukaku “İnter”in heyətində 60 oyun keçirib, 43 qol vurub, 8 qol ötürməsi edib.