“Mançester Siti”dən 60 milyon avroluq transferi
- 25 Avq 2023 11:30
- 293
Belçikalı vinger Jeremi Doku Fransa “Renn”indən İngiltərənin “Mançester Siti” klubuna keçib.
Rekord.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilə 2028-ci ilədək nəzərdə tutulub. “Mançester Siti” bu transfer üçün “Renn”ə 60 milyon avro ödəyəcək.
Doku 2020-ci ildən Fransa klubunda çıxış edirdu. Ötən mövsüm 35 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O həmçinin Belçika yığmasının heyətində ümumilikdə 14 oyun keçirib, 2 qol vurub.