“Mançester Siti”dən “Borussiya”ya
- 26 Sen 2020 18:41
- 655
Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi “Mançester Siti”dən Ceymi Bayno-Qittensi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
İngilis hücumçu ilə “Real” və PSJ də maraqlanırdı.