"Mançester Siti" yay transfer pəncərəsinə böyük investisiya qoymağı planlaşdırır.

Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, klubun əsas hədəfləri " Borussiya"nın (Dortmund) hücumçusu Erling Haaland və "Aston Villa"nın yarımmüdafiəçisi Cek Qrilişdir. Bildirilib ki, klubun baş məşqçisi Pep Qvardiola komandanın heyətini yeniləmək istəyir. Çünki Kevin de Bruyne, Riyad Mahrez və İlkay Gündoğanın növbəti mövsüm 30 yaşı tamam olacaq.

Daily Mail yazır ki, klubun Haaland və Qrilişlə müqavilə üçün təxminən 200 milyon funt sterlinq xərcləməsi lazım olacaq.

Qvardiola Haalandı bu yay klubdan ayrılacağını elan edən Serxio Aqueronun əvəzedicisi kimi görür.

Mançester təmsilçisinin Qrilişə olan marağı isə bir neçə həftə əvvəl artıb. "Aston Villa "sahiblərinin komandanın əsas ulduzunu satmaq istəməsə də, "Siti" bu transferin uğurla başa çatacağına ümid bəsləyir.