![photo](https://www.rekord.az/storage/uploads/5/yanxel.jpg)
“Mançester Siti”dən La Liqa klubuna
- 14 İyl 2023 17:00
- 270
“Jirona” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərə çempionu “Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Yanxel Erreranı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. La Liqa təmsilçisi Venesuela yığmasının üzvünü ötən ilin avqustunda icarəyə götürmüşdü. Bu il icarə müddəti bitən futbolçu İspaniya klubunu tərk etmişdi. Amma o, Mançester təmsilçisindən birdəfəlik ayrılaraq yenidən “Jirona”ya qayıdıb. 25 yaşlı futbolçu İspaniya klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm bu komandada 20 oyuna 2 qol qol vurub. O, “Atletiko Venesuela”, “Nyu York Siti”, “Hueska”, “Qranada” və “Espanyol” klublarına da forma geyinib.