“Mançester Siti”nin “Arsenal”la matçı təxirə salındı
- 11 Mar 2020 18:40
- 592
Bu gün keçirilməsi nəzərdə tutulan İngiltərə Premyer Liqasının 28-ci turunun “Mançester Siti” – “Arsenal” matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Belə ki, “Olimpiakos”un sahibi Yevangelos Marinakis koronavirusa yoluxub. İki həftə əvvəl “Arsenal”ın futbolçuları Avropa Liqasında Yunanıstan klubu ilə qarşılaşıb və bəzi oyunçular “Olimpiakos”un sahibi Marinakislə təmasda olub.
Koronavirus epidemiyasının geniş yayıldığı bir zamanda, həm “Mançester Siti”, həm də “Arsenal” matçın təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət edib və müsbət cavab alıb.
MS – “Arsenal” oyununun nə vaxt keçiriləcəyi məlum deyil.