![photo](https://www.rekord.az/storage/news/2025_02_15/211596_mvek3cf6we_1739613916.jpg)
“Mançester Siti”nin futbolçusu 10 həftə oynamayacaq
- 15 Fev 2025 15:00
- 98
“Mançester Siti”nin aparıcı müdafiəçisi Manuel Akanci ombasından əməliyyat olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola “BBC Sport”a açıqlamasında deyib.
Mütəxəssisin sözlərinə görə, isveçrəli müdafiəçi 10 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Akanci Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Real”a qarşı keçirilən oyunda (2:3) zədələnib.