İngiltərənin “Mançester Siti” klubunun zədəli futbolçusu Kevin De Breynenin durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, "Aston Villa"ya qarşı Premyer Liqa matçında zədələnən 30 yaşlı yarımmüdafiəçi bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Belçikalı oyunçunun bud əzələsində problem aşkarlanıb.

Qeyd edək ki, Kevin De Breyne cari mövsümdə 23 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.