"Mançester Siti”nin futbolçusu Bencamin Mendi ən azı bir həftə sonun dəmir barmaqlıqlar arxasında keçirəcək.

Rekord.az Britaniya mətbuatına istinadən xəbrə verir ki, seksual zorakılıqda ittiham olunan müdafiəçi məhkəmə zalında nəzarət altına alınıb.

Məhkəmə oyunçunun girov müqabilində azadlığını rədd edib.

Mendi növbəti dinləməyə qədər həbsdə qalacaq. Futbolçunun vəkilləri girovdan imtina edilməsi ilə bağlı apellyasiya şikayəti verməsə, bu müddət sentyabrın 10-dək davam edəcək.

Qeyd edək ki, daha əvvəl "Maneçster Siti" istintaq zamanı futbolçunu məşqdən kənarlaşdırıldığını açıqlamışdı.