“Mançester Siti”nin futbolçusu karantin qaydalarını pozdu
- 24 Mar 2020 16:30
- 709
Müqavilə ilə “Mançester Siti”yə məxsus olan, icarə əsasında İspaniyanın “Valyadolid” klubunda çıxış edən Pedro Porro karantin qaydalarını pozub.
Rekord.az xəbər verir ki, bu barədə 20 yaşlı cinah müdafiəçisi özü açıqlama verib.
Porro, karantin qaydalarını pozaraq səhv etdiyini və buna görə də cəzalandırıldığını bildirib. İspan futbolçu etdiyi hərəkət üçün Valyadolid polisindən üzr istəyib.
İspaniyada koronavirus pandemiyasına 35136 nəfər yoluxub.