“Mançester Siti”nin futbolçusu koronavirusa yoluxdu
- 06 Sen 2021 19:20
- 474
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Zakari Steffen koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, ABŞ yığmasının düşərgəsində olan 26 yaşlı qapıçının koronavirus testi müsbət çıxıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
Steffen bu mövsüm “Mançester Siti” ilə rəsmi oyuna çıxmayıb.