“Mançester Siti”nin futbolçusu sıradan çıxdı
- 09 Sen 2020 22:00
- 687
Futbol üzrə UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində İsveç millisinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya yığması ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, millinin yarımmüdafiəçisi Bernardo Silva sıradan çıxıb.
Oyuna start heyətində başlayan futbolçu, 22-ci dəqiqədə zədələnib və meydanı erkən tərk etməli olub. Sağ ayağının əzələsindən zədələndiyi bildirilən “Mançester Siti”nin üzvünün vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.
İngiltərə Premyer Liqasında yeni mövsüm sentyabrın 12-də başlayacaq.