“Mançester Siti”nin futbolçusundan 20 min avroluq yardım
- 28 Mar 2020 15:22
- 633
“Mançester Siti”nin futbolçusu Emerik Laport koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
Rekord.az xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
25 yaşlı müdafiəçi Fransada koronavirusla mübarizəyə dəstək məqsədilə yaradılan fonda 20 min avro bağışlayıb. Bu məbləğ tibbi müəssisələrə zəruri avadanlıqların alınması üçün istifadə olunacaq.